Məşhur müğənni kilsədə konsert verəcək

Məşhur müğənni kilsədə konsert verəcək
  07 Aprel 2020    Oxunub:2060
Dünyaca məşhur italyan müğənni Andrea Boçelli aprelin 12-də katoliklərin Pasxa bayramı münasibətilə kütlənin olmayacağı Milan kilsəsində konsert verəcək.
Azvision.az xəbər verir ki, bu barədə Milanın bələdiyyə başçısı Cüzeppe Sala bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl müğənniyə zəng vurub və Boçelli öz iştirakını təsdiqləyib.

"Bu, o deməkdir ki, axşam saat 7-də Pasxa gecəsi Borçelli Milan kilsəsində olacaq və müqəddəs musiqi əsərlərini ifa edəcək. Katedral boş olacaq, ancaq biz musiqi axını ilə onun səsini bütün dünyaya hədiyyə edəcəyik", - deyə Milan meri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Müğənni   Milan   Konsert  





Xəbər lenti