Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verməyə razılaşdı

  07 Aprel 2020    Oxunub : 1760
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verməyə razılaşdı
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan fövqəladə vəziyyət başa çatdıqdan sonra aprel döyüşlərinin araşdırılması ilə bağlı yaradılmış komissiyada dinləmələrdə iştirak etməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın ofisinin Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryana cavab məktubunda bildirilib.

Qeyd olunub ki, Ermənistanın üçüncü prezidenti hansısa qanun, o cümlədən “Parlamentin reqlamenti” haqqında qanuna uyğun olaraq komissiyanın dinləmələrində iştirak etmək məcburiyyətində olmasa da, 2016-cı il aprel döyüşlərinin təfərrüatları ilə bağlı məlumat verməkdə hər hansı problem görmür. Çünki Sarkisyan bu barədə indiyə kimi müxtəlif vaxtlarda danışıb.

Sabiq prezidentin ofisindən bildirilib ki, Serj Sarkisyan Ermənistan hökumətinin qərarı ilə respublika daxilində elan edilmiş fövqəladə vəziyyətin sona çatmasından sonra 2016-cı ilin aprelində hərbi əməliyyatların vəziyyətini öyrənmək üçün xüsusi bir araşdırma komissiyasına getməyi məqsədəuyğun hesab edib. O şərtlə ki, iclasın prosederunda nəzərdə tutulduğu halda, Sarkisyana səsyazısının bir nüsxəsi verilsin, əks halda qeyd etmək imkanı yaradılsın.

Fövqəladə vəziyyətin uzadılmayacağı təqdirdə Sarkisyan 16 apreldə komissiyanın iclasında iştirak edəcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan