Putin Consona dəstək verdi

 Putin Consona dəstək verdi
  07 Aprel 2020    Oxunub:2560
Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın Baş Naziri Boris Consona teleqram ünvanlayıb.
Azvision.az xəbər verir ki, Putin koronavirusa yoluxmuş Baş nazirə tezliklə sağalmasını arzu edib.

"Hörmətli Baş Nazir, çətin zamanda sizə səmimi dəstəyimi ifadə edirəm. Əminəm ki, sizin enerjiniz, nikbinlik və yumor hissiniz xəstəliyə qalib gəlməkdə kömək edəcək. Sizə səmimi qəlbdən tezliklə və tam sağalmağı arzu edirəm", - deyə Putin bildirib.

Qeyd edək ki, Boris Conson martın 27-də koronavirusa yoluxduğunu bəyan edib. O, özünütəcrid şəraitində işini davam etdirsə də, vəziyyətinin pisləşməsi səbəbindən reanimasiyaya yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Conson  





Xəbər lenti