İranda koronavirusa yoluxma azalır

 İranda koronavirusa yoluxma azalır
  07 Aprel 2020    Oxunub:2416
İranda koronavirusa yoluxmada nisbi azalma müşahidə olunur.
Azvision.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son sutka ərzində 2089 yeni yoluxma qeydə alınıb. Ümumilikdə İranda 62 589 yoluxma halı aşkarlanıb. 27 039 nəfər xəstəlikdən sağalıb.

"Ötən sutkada 133 virus qurbanı olub, bununla ölənlərin sayı 3872-ə çatıb", - deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: İran   Koronavirus  





Xəbər lenti