İspaniyada daha 740 nəfər koronavirusdan öldü
Bildirilib ki, bu, ölənlərin sayının azalması müşahidə olunan son 4 gündə ən yüksək göstəricidir.
Sutka ərzində yeni yoluxanların sayı 5,5 min nəfər olub. Pandemiya başlayandan bu günə qədər ölkədə 140 mindən çox şəxsə koronavirus diaqnozu qoyulub. 13 min 798 nəfər ölüb, 43 mindən çox insan sağalıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İspaniya Koronavirus