BMT-nin baş katibi tibb işçilərinə təşəkkür etdi

  07 Aprel 2020    Oxunub : 974
BMT-nin baş katibi tibb işçilərinə təşəkkür etdi
BMT-nin baş katibi Antonio Quterreş 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı video-müraciət edib.
Azvision.az xəbər verir ki müraciətdə deyilir:

"Bu il Ümumdünya Sağlamlıq Günü çox çətin bir vaxta qeyd edilir. Bu gün mən sağlamlığımızı qorumaq üçün gecə-gündüz çalışan səhiyyə işçilərinə, o cümlədən tibb bacıları, mamalar, texniklər, təcili tibbi yardım işçiləri, əczaçlar, həkimlər, sürücülər, xadimələr, inzibatçılar və digərlərinə müraciət edirəm.

Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü riskə ataraq gecə-gündüz çalışdığınız üçün sizlərə hər zamankından daha çox minnətdarıq. 2020-ci il Beynəlxalq tibb bacısı və mamalar ilidir və mən onların xüsusi təcrübə və öhdəliklərini vurğulamaq istəyirəm. Hamımızın tibb bacıları və mamalara göstərdikləri qayğı və peşəkarlığa görə minnətdar olmağımız üçün səbəbimiz var. Bilirəm ki, bu belədir.

Tibb bacıları səhiyyənin ən böyük yükünü daşıyırlar. Bu cür travmatik işi müşayiət edən zədələnmə, yoluxma və əqli sağlamlığa riski gözə alaraq çətin iş görürlər və uzun müddət çalışırlar. Onlar çox vaxt insanlara həyatlarının son günlərində rahatlıq təmin edirlər.

Mama-ginekoloqlar həyatın başlanğıcında rahatlığı təmin edirlər. Pandemiya zamanı onların işi daha da çətinləşir, çünki körpələrimizin salamat doğulmasını təmin edirlər. Dünyanın bütün tibb bacıları və mamalarına səslənirəm: gördüyünüz iş üçün təşəkkür edirəm. Bu ağır dövrdə bütün tibb işçilərinə deyirəm: biz sizinləyik və sizə güvənirik. Sizinlə fəxr edirik; siz bizi ilhamlandırırsınız. Biz sizə borcluyuq".

Azvision.az

Teqlər: BMT