Məşhur müğənni komaya düşdü

   Məşhur müğənni komaya düşdü
  07 Aprel 2020    Oxunub:2047
Rusiyanın məşhur müğənnisi Nadejda Babkina komaya düşüb. Sənətçi süni nəfəs aparatına qoşulub.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı müğənni koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdiriilib. Onun vəziyyəti aprelin 1-dən pisləşib.

İlkin məlumata görə, müğənniyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Onun koronavirus testinin nəticələri mənfi çıxıb.

Həkimlər müğənninin vəziyyətini ağır qiymətləndirirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Müğənni   Koma   Xəstəxana  





Xəbər lenti