Kennedi ailəsində böyük faciə

   Kennedi ailəsində böyük faciə
  07 Aprel 2020    Oxunub:2538
Amerika polisi senator Robert Kennedinin 40 yaşlı nəvəsinin meyitini tapıb.
Azvision.az xəbər verir ki, Meyv Kennedi və 8 yaşlı oğlu aprelin 2-də Çesapik körfəzində kanoedə gəzərkən itkin düşüblər.

Meyvin həyat yoldaşı David Mackinin dediyinə görə, sahil kənarında evdə dincələrkən uşaqlar həyətdə topla oynayıblar. Top suya düşüb. Həyat yoldaşı və oğlu top almaq üçün gediblər. Onlar sahildən çox uzaqlaşıblar və geri dönə bilməyiblər.

Meyvin cəsədi axşam anasının evindən dörd kilometr aralıda tapılıb. Uşağın cəsədi hələ də tapılmayıb.

Polis axtarışları aprelin 7-dən davam etdirəcək. Meyv Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin nəvəsidir.

Xatırladaq ki, onun bir nəvəsi 22 yaşlı Sirşa ötən il narkotikdən ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kennedi   Faciə  





Xəbər lenti