Bir gündə 78 minə yaxın insan koronavirusa yoluxub

Bir gündə 78 minə yaxın insan koronavirusa yoluxub
  07 Aprel 2020    Oxunub:2892
Son 24 saat ərzində dünyada koronavirus infeksiyasına 77 min 445 insan yoluxub, 4678 nəfər dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə dünyada 1 milyon 214 min 973 nəfər yeni növ koronavirusa yoluxub, 67 min 841 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib.

Ən çox yoluxma və ölüm halı Avropa regionundadır. Avropada 655 min 339 insan koronavirusa yoluxub.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti