COVID-19: ABŞ-da ölü sayı 10 mini keçib

      COVID-19:    ABŞ-da ölü sayı 10 mini keçib
  07 Aprel 2020    Oxunub:3266
ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı 10 min nəfəri keçib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı artaraq 10 min 335, yoluxanlar isə 347 min nəfər olub.

ABŞ-da ən çox ölüm faktı Nyu-Yorkda qeydə alınıb.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti