Fransada daha 800 nəfər koronavirusdan öldü

   Fransada daha 800 nəfər koronavirusdan öldü
  07 Aprel 2020    Oxunub:2997
Fransada koronavirusa yoluxanların sayı artaraq 98 min 10 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Olivye Veran bildirib.

Nazirin sözlərinə görə, son sutkada 800 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da Fransada pandemiya qurbanlarının sayı 8911 nəfər olub.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti