Belçikada 1632 nəfər virusdan öldü

  06 Aprel 2020    Oxunub : 1311
Belçikada 1632 nəfər virusdan öldü
Belçikada son sutka ərzində koronavirusdan 185 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Belçika Səhiyyə Nazirliyinin Böhran Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da virusdan dünyasını dəyişənlərin sayı 1632 nəfərə çatıb.

Ölkədə son 24 saatda 1123 nəfərdə koronavirus aşkarlanıb. Hazırda infeksiya daşıyıcılarının ümumi sayı 20 814 nəfərdir.

Azvision.az

Teqlər: Virus