İspaniyada müsəlmanların lideri virusdan öldü

İspaniyada müsəlmanların lideri virusdan öldü
  06 Aprel 2020    Oxunub:1728
İspaniya Müsəlman İcmasının rəhbəri koronavirusdan ölüb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İspaniya Müsəlman İcmasının başçısı, İspaniya İslam Komissiyasının sədri Riay Tatari Bakri koronavirusun qurbanı olub.

Madridin Tetuan bölgəsindəki məscidin imamı olan R. Tatari bir neçə gün əvvəl paytaxt xəstəxanalarından birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, 72 yaşında həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya   koronavirus  





Xəbər lenti