İtaliyada 104 yaşlı qadın koronavirusdan sağaldı

İtaliyada 104 yaşlı qadın koronavirusdan sağaldı
  06 Aprel 2020    Oxunub:2629
İtaliyada 104 yaşlı qadın koronavirusa qalib gəlib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Biella şəhərindən olan Ada Zanusso adlı qadın martın 17-də qocalar evində virusa yoluxub. Onu qızdırma və qusma şikayəti ilə xəstəxanaya yerləşdiriblər. Qadının səhhəti günbəgün yaxşılaşıb. Nəticədə koronavirus bəlasından xilas olub.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 88 min 274 nəfərdir. Onlardan 20 min 996 nəfəri sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İtalya   Koronavirus  





Xəbər lenti