Estoniyada 1108 nəfər koronavirusa yoluxub

  06 Aprel 2020    Oxunub : 1404
Estoniyada 1108 nəfər koronavirusa yoluxub
Estoniyada son 24 saat ərzində 11 nəfər koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla da ölkədə yoluxanların ümumi sayı 1108 nəfər olub.

Məlumata görə, yoluxanlardan 62 nəfər sağalıb, 19 xəstə həyatını itirib. Vəziyyəti ağır olan 14 nəfər süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, Estoniyada koronavirus pandemiyası ilə əlaqədar martın 12-dən mayın 1-nə kimi fövqəladə vəziyyət elan olunub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Estoniya   Koronavirus