ABŞ Yaponiyada fövqəladə vəziyyət elan etdi

ABŞ Yaponiyada fövqəladə vəziyyət elan etdi
  06 Aprel 2020    Oxunub:2474
Amerikanın Yaponiyadakı hərbi qüvvələrinin komandanı, general-leytenant Kevin Şnayder Tokio, Yakohama və digər böyük şəhərlərin yerləşdiyi Kanto bölgəsində ABŞ hərbçiləri üçün fövqəladə vəziyyət elan edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanlıq məlumat yayıb.

"Əsas prioritetim ABŞ-ın Yaponiyadakı hərbi qüvvələri ilə əlaqəli şəxslərin qorunması və təhlükəsizliyidir. Tokio bölgəsində COVID-19 infeksiyasına yoluxanların sayının durmadan artması fonunda, Kanto bölgəsində səhiyyə sektorunda fövqəladə vəziyyət tətbiq etdim",- deyə K. Şnayder bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət mayın 5-dək qüvvədədir. Qərar hərbçilərin ailələrinə və onlarla əlaqəli şəxslərə də şamil olunur.

Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanların sayı 4586 nəfərdir. Baş Nazir Sindzo Abenin aprelin 8-dən etibarən ölkədə fövqəladə vəziyyət elan edəcəyi gözlənilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya   Koronavirus  





Xəbər lenti