Azərbaycanda koronavirusa yoluxan 2 nəfər vəfat etdi

 Azərbaycanda koronavirusa yoluxan 2 nəfər vəfat etdi
  05 Aprel 2020    Oxunub:19032
Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib.

Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti