Hindistanda da koronavirusa yoluxanlar artır

Hindistanda da koronavirusa yoluxanlar artır
  05 Aprel 2020    Oxunub:2736
Hindistanda koronavirusa yoluxanların sayı son sutka ərzində daha 302 nəfər artaraq 3374-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanlardan 226 nəfər sağalıb, 77 nəfər isə ölüb.

Daha çox yoluxma halı Maharaştra (490), Tamilnand (485) ştatlarında qeydə alınıb. Sonrakı yerdə isə 445 nəfərlə paytaxt Dehli gəlir.

Hindistan hökuməti koronavirusa görə ölkədə 21 günlük, aprelin 14-dək karantin rejimi elan edib. Hökumət insanları vacib olmadığı halda küçələrə çıxmamağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti