“Maskaya ehtiyacımız var” - Tramp ABŞ-dakı vəziyyətdən danışdı

  “Maskaya ehtiyacımız var”  - Tramp ABŞ-dakı vəziyyətdən danışdı
  05 Aprel 2020    Oxunub:2634
"Təəssüf ki, ABŞ-da çox sayda insan yeni növ koronavirusdan öləcək. Tədbirlər görməsəydik, ölənlərin sayı daha çox ola bilərdi".
Azvision.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, növbəti iki həftə daha ağır keçəcək və federal hökumət yardımları artıracaq:

"Hazırda ən çox köməyə ehtiyacı olan bölgələrə yardım göndəririk. Maskalara ehtiyacımız var. Bu məqsədlə 180 milyon maska sifariş vermişik".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Tramp   Koronavirus  





Xəbər lenti