ABŞ-da koronavirusa görə məhbuslar evə buraxılır

ABŞ-da koronavirusa görə məhbuslar evə buraxılır
  04 Aprel 2020    Oxunub:2387
ABŞ-ın baş prokuroru Uilyam Barr Həbsxanalar Bürosuna koronavirusun yayılması ilə əlaqədar məhbusların həbs yerlərindən ev dustaqlığına buraxılması barədə göstəriş verib.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, müvafiq əmr ilk növbədə Elkton (Ohayo) və Danberi (Konnektikut) həbsxanalarında saxlanılan şəxslərə şamil olunacaq. Çünki koronavirusun yayılması ilə bağlı ən ciddi vəziyyət hər iki həbsxanada qeydə alınıb.

Agentliyin məlumatına görə, hazırda 91 məhbus və ABŞ-ın 122 həbsxanasının 50 əməkdaşı koronavirusa yoluxub.

Azvision.az



Teqlər: Virus  





Xəbər lenti