Şotlandiyada qocalar evinin 13 sakini koronavirusdan ölüb

  04 Aprel 2020    Oxunub : 1204
Şotlandiyada qocalar evinin 13 sakini koronavirusdan ölüb
Şotlandiyanın Qlazqo şəhərində yerləşən “Burlington Care Home” qocalar evində son bir həftədə 13 ölüm hadisəsi qeydə alınıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusdan dünyasını dəyişən yaşlı insanlar digər xəstəliklərdən də əziyyət çəkiblər.

Qocalar evini idarə edən "Four Seasons Health Care" şirkətinin nümayəndəsi bildirib ki, müəssisənin iki işçisinə koronavirus diaqnozu qoyulub və onlar hazırda müalicə olunurlar.

Qocalar evinin işçiləri də digər xəstələrin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Şotlandiya