Madonna koronavirusla mübarizəyə 1 milyon ayırdı

  04 Aprel 2020    Oxunub : 1618
Madonna koronavirusla mübarizəyə 1 milyon ayırdı
Amerikalı pop ulduzu Madonna koronavirusla mübarizəyə 1 milyon dollar ayırıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni iş adamı Bill Qeyts və onun həyat yoldaşı Melinda Qeytsin koronavirus əleyhinə dərman axtarışı ilə məşğul olan xeyriyyə fonduna 1 milyon dollar ianə köçürüb.

Madonna müraciət edərək insanları fonda dəstək verməyə çağırıb. O, həkimlərə, tibb işçilərinə və elm adamlarına təşəkkürünü çatdırıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Madonna   koronavirus