“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxub

“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxub
  04 Aprel 2020    Oxunub:1795
İspaniyanın “Barselona” futbol klubunun birinci vitse-prezidenti Jordi Kardoner koronavirusa yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı vitse-prezident həkim nəzarətinə alınıb. Hazırda karantin şəraitində müalicə olunur.

Qeyd edək ki, Jordi Kardoner bu həftə klubun koronavirusla bağlı siyasətini açıqlayıb və evdə qalmağın vacibliyinə diqqət çəkib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Barselona   Koronavirus  





Xəbər lenti