Pakistanda 40 nəfər koronavirusdan ölüb

  04 Aprel 2020    Oxunub : 1652
Pakistanda 40 nəfər koronavirusdan ölüb
Pakistanda koronavirusa yoluxanların sayı 3 minə yaxınlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat verib.

Bildirilib ki, ölkədə 2709 nəfər koronavirus xəstəsi var. Onlardan 1072 nəfəri Pəncab, 839 nəfər isə Sind əyalətnin payına düşür. Bu günə kimi 40 nəfər koronavirusdan həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Pakistan   Koronavirus