COVİD-19: İspaniyada bir gündə 809 ölüm

 COVİD-19:  İspaniyada bir gündə 809 ölüm
  04 Aprel 2020    Oxunub:2463
İspaniyada bir gündə koronavirusa yoluxanların sayı 7 mini keçib.
Azvision.az İspaniya Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla da ölkədə yoluxanların ümumi sayı 124 min 700 nəfər olub.

Ölənlərin sayı isə bir gündə 809 nəfər artaraq 11 min 744 nəfər olub. Yoluxanlardan 34 min 200-ü sağalıb. 6 min 500 nəfər reanimasiyada yerləşir. Beləliklə, aprelin 4-də aktiv yoluxma hallarının sayı 79 min nəfərdir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İspaniya   koronavirus  





Xəbər lenti