Neft danışıqları təxirə salınır? - AÇIQLAMA

Neft danışıqları təxirə salınır? -  AÇIQLAMA
  04 Aprel 2020    Oxunub:2287
OPEC+” (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatının, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin danışıqları aprelin 6-dan 9-na keçirilə bilər, lakin yekun tarix hələlik bəlli deyil.
Azvision.az xəbər verir ki, bu barədə TASS agentliyinə nümayəndə heyətlərindəki iki mənbə məlumat verib.

Mənbələrin verdiyi məlumata əsasən, iclasın 6 aprel tarixində keçirilməsi hələ son qərar deyil. Vaxtın dəyişdirilməsinin səbəbi isə açıqlanmayıb. İddia edilir ki, ABŞ-dan başqa daha çox ölkələrin prosesə cəlb edilməsi üzərində iş aparılır.

Azərbaycanın Energetika nazirinin müşaviri-mətbuat katibi Zəminə Əliyeva Azvision.az -a açıqlamasında bildirilib ki, iclasına tarixi dəyişə bilər, amma görüş gözlənilir. Onun sözlərinə görə, danışıqların vaxtının 9 aprel tarixinə keçirilməsi dəqiq deyil.

Aytən Zəhra
Azvision.az



Teqlər: OPEC   Neft  





Xəbər lenti