Sabiq baş məşqçi çempion medalını satır

Sabiq baş məşqçi çempion medalını satır
  04 Aprel 2020    Oxunub:1931
Fransanın “Nant” futbol klubunun sabiq baş məşqçisi Reynal Denua koronavirusla mübarizəyə dəstək məqsədilə 2000/01 mövsümündə qazandığı çempion medalını auksiona çıxarıb.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın L'Equipe nəşri məlumat yayıb.

Bildirilir ki, 71 yaşlı Denuanın medalının dəyəri auksionda bir neçə dəqiqə ərzində min avronu keçib. Hərracın 6 apreldə başa çatması planlaşdırılır.

Qeyd edək ki, Reynal Denua 1997-ci ildən 2001-ci ilə qədər klubun baş məşçisi vəzifəsində çalışıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fransa   Futbol   koronavirus  





Xəbər lenti