Fransada 6 mindən çox məhbus azadlığa buraxıldı

Fransada 6 mindən çox məhbus azadlığa buraxıldı
  04 Aprel 2020    Oxunub:2136
Fransada yeni növ koronavirusun sürətlə yayılması ilə əlaqədar 6 mindən çox məhbus azadlığa buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi ölkənin Ədliyyə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, 6266 məhbus evə göndərilib.

Bundan əvvəl isə Ədliyyə Nazirliyi həbs müddəti bitmək üzrə olan və sağlamlığında problem yaranan məhbusların vaxtından əvvəl sərbəst buraxılması üçün kampaniya başladıb. İndiyədək 48 məhbus və 114 həbsxana işçisində koronavirusun aşkar edildiyi bildirilib.

Ölkənin hüquq müdafiəçiləri isə 6 aydan az vaxtı qalanların sərbəst buraxılmasını tələb edirlər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti