Koronavirus artıq 205 ölkəyə yayılıb - İlk onluq (STATİSTİKA)

 Koronavirus artıq 205 ölkəyə yayılıb -  İlk onluq (STATİSTİKA)
  04 Aprel 2020    Oxunub:5413
Bu günədək dünyada 1 milyon 118 min 45 nəfər yeni növ koronavirusa yoluxub. Virusa yoluxmuş 59 min 201 xəstə ölüb, 229 min 145 nəfər sağalıb.
Azvision.az Worldometers.info-a istinadən xəbər verir ki, yerdə qalan 829 min 699 nəfərdən 790 min 305-nin vəziyyəti qənaətbəxş hesab olunur. 39 min 394 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Son məlumatlara görə, koronavirusa dünyanın 205 ölkəsində rast gəlinib.

Virusa ən çox yoxulma faktı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 277 min 475 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 7402 nəfəri ölüb. Son 12 saat ərzində 304 yeni yoluxma, 10 ölüm qeydə alınıb.

İkinci yerdə İtaliyadır. Bu ölkədə 119 min 827 nəfər virusa yoluxub. Onlardan 14 min 681 nəfəri dünyasını dəyişib. Yeni yoluxm və ölümə rast gəlinməyib.

Üçüncü yerdə qərarlaşan İspaniyada 119 min 199 yoluxma halı baş verib. Xəstələrdən 11 min 198 nəfəri vəfat edib.

Dördüncü yerdə Almaniya gəlir. Ölkədə 91 min 159 nəfər virusa yoluxub, onlardan 1275 nəfəri ölüb.

Beşinci sırada Fransadır. Burada 82 min 165 nəfər koronavirusa yoluxub, 6507 nəfər ölüb.

Altıncı sırada qərarlaşan Çində 81 min 639 nəfər koronavirusa yoluxmuş şəxs qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3326 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 19 nəfər olub. Hesabat saatında 4 nəfər dünyasını dəyişib.

Yeddinci sırada gələn İranda isə 53 min 183 virusa yoluxma halı təsdiqlənib. İndiyədək 3295 nəfər ölüb.

Səkkizinci sırada olan İngiltərədə 38 min 168 nəfər virusa yoluxub, 3605 nəfər dünyasını dəyişib.

Türkiyə 20 min 291 nəfər koronavirusa yoluxma ilə 9-cu sıradadır. Xəstələrdən 425 nəfər vəfat edib.

Siyahıda 10-cu yerdə qərarlaşan İsveçrədə 19 min 606 nəfər koronavirusa yoluxub. 591 daşıyıcı dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti