İstanbulda maskasızlar ictimai nəqliyyata buraxılmayacaq

İstanbulda maskasızlar ictimai nəqliyyata buraxılmayacaq
  04 Aprel 2020    Oxunub:2849
Türkiyənin İstanbul şəhərində sabahdan etibarən tibbi maska taxmayanlar ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sözçüsü Murad Ongun bildirib. Onun sözlərinə görə, şəhər sakinləri yeni qərarı anlayışla qarşılayacaqlar.

Xatırladaq ki, Türkiyədə 425 nəfər koronavirusdan dünyasını dəyişib. Ölkə üzrə ən çox ölüm və yoluxma faktı İstanbulda qeydə alınıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   İstanbul   Koronavirus  





Xəbər lenti