Ronaldo bütün dövrlərin ən yaxşı futbolçusu seçildi

  02 Aprel 2020    Oxunub : 2176
Ronaldo bütün dövrlərin ən yaxşı futbolçusu seçildi
Bütün dövrlərin ən yaxşı futbolçusunun kimliyi məlum olub.

Azvision.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Marca” nəşri oxucular arasında bununla bağlı sorğu keçirib.
Sorğunun finalına “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo və “Barselona” komandasının kapitanı Lionel Messi layiq görülüb.

Finalda Ronaldo 54 faiz, Messi isə 46 faiz səs toplayıb. Bununla da portuqaliyalı hücumçu bütün dövlərin ən yaxşı oyunçusu adını qazanıb.

Azvision.az

Teqlər: Ronaldo   Futbol