Flippin Prezidenti "etirazçıları güllələyin" əmri verdi

Flippin Prezidenti "etirazçıları güllələyin" əmri verdi
  02 Aprel 2020    Oxunub:2139
Flippində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin günlərində sülh və asayişi pozan etirazçılara atəş açılacaq.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri polis və silahlı qüvvələrə göstəriş verib.

Müvafiq əmr Keson Siti şəhərində yoxsul vətəndaşların yerli hakimiyyət orqanlarından qida və digər yardım tələb etməsi üçün keçirdikləri etiraz aksiyasından sonra verilib. 20-dən çox etirazçı saxlanılıb.

"Polis və orduya əmr edirəm. Əgər həyatınızı təhlükəyə atan münaqişə və dava baş verərsə, onlara atəş açın",- deyə Flippin Prezidenti Rodriqo Duterte tapşırıq verib.

Milli Polis İdarəsinin rəisi Arçi Qamboa isə qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları heç kimi öldürməyəcək.

"Əlbəttə, yox. Prezident ehtimal ki, mübaliğə edib".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Flippin   koronavirus  





Xəbər lenti