Koronavirusa görə 27 yaşlı sevgilisini öldürdü

  02 Aprel 2020    Oxunub : 2338
Koronavirusa görə 27 yaşlı sevgilisini öldürdü
İtaliyanın Siciliya vilayətində Antonio De Pace adlı oğlan koronavirusa görə sevgilisini öldürüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Antonio De Pace həkim sevgilisi Lorena Quarantanı onu koronavirusa yoluxdurmaqda günahlandırıb.

Bir neçə gündən sonra 27 yaşlı qız evində ölü tapılıb. Polis onun boğularaq öldürüldüyünü təsdiqləyib.

De Pace polisə "məni koronavirusa yoluxdurduğu üçün öldürüm",- deyərək qətl törətdiyini etiraf edib. Lakin aparılan testlərdə onların heç birində koronavirus aşkarlanmayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İtalya   Qətl   Koronavirus