Amerikalı bəstəkar koronavirusdan öldü

 Amerikalı bəstəkar koronavirusdan öldü
  02 Aprel 2020    Oxunub:2413
Amerikalı bəstəkar, üç dəfə “Emmy” mükafatının sahibi olmuş Adam Şlezinger 52 yaşında koronavirus infeksiyasından ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Şlezinger bir həftədən çox Nyu-Yorkda xəstəxanada müalicə alıb. Musiqiçi çərşənbə günü səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, bəstəkar həmçinin “Ən yaxşı yeni artist” nominasiyası üzrə “Grammy”, 1997-ci ildə isə “Nə edirsən” filmindəki kompozisiyasına görə “Oscar” və “Qızıl Qlobus” mükafatçısı olub. Şlezinger "Fountains Of Wayne" və "Ivy" qrupunun yaradıcısı idi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: AdamŞlezinger   Koronavirus  





Xəbər lenti