Türkiyədə koronavirus ən çox İstanbulda yayılıb

Türkiyədə koronavirus ən çox İstanbulda yayılıb
  02 Aprel 2020    Oxunub:2439
Türkiyədə koronavirus xəstəliyi ən çox İstanbul şəhərində yayılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, İstanbul virusun yayılmasına görə birinci yerdədir. Bu şəhərdə 8853 nəfərdə koronavirus aşkarlanıb.

İkinci sırada İzmir (853), üçüncü Ankara (752), dördüncü Konya (510), beşinci yerdə Kocaeli (410) qərarlaşıb.

Qeyd edək ki, Türkiyədə COVİD-19-a yoluxanların ümumi sayı 15 min 679 nəfərdir. İndiyədək 277 xəstə dünyasını dəyişib.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti