Ermənistanda qazın qiyməti qaldırılır

  01 Aprel 2020    Oxunub : 1586
Ermənistanda qazın qiyməti qaldırılır
"Qazprom Ermənistan" QSC qaz tarifinə yenidən baxılması üçün Ermənistanın Dövlət Xidmətləri Tənzimləmə Komissiyasına müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

"Qazprom Ermənistan" 1 iyul 2020-ci il tarixindən istehlakçılar üçün təbii qaz qiymətlərini 36% artırmağı təklif edir. Belə ki, 1000 kubmetr təbii qaz üçün cari tarif 100.000 dramdır. "Qazprom Ermənistan" bu tarifi 135.909.6 drama qaldırmaq istəyir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qaz