Bolqarıstanda deputat koronavirusa yoluxdu

Bolqarıstanda deputat koronavirusa yoluxdu
  01 Aprel 2020    Oxunub:1861
Bolqarıstan parlamentinin deputatı koronavirusa yoluxub.
Azvision.az TASS-a istinadla xəbər vetir ki, bu barədə spiker Tsveta Karayançeva bildirib. Onun sözlərinə görə, deputat xəstəxanaya yerləşdirilib. Spiker bütün millət vəkilləri və inzibati personalın təcili analiz verməli olduğunu deyib.

"Bu gün deputatlar, daha sonra parlament işçiləri, həmin şəxslə kontaktda olan hər kəs koronavirus testindən keçəcək. Testin nəticəsindən asılı olaraq parlamentin gələcək işi ilə bağlı qərar qəbul ediləcək", - deyə spiker vurğulayıb.

Qeyd edək ki, Bolqarıstanda 412 nəfər koronavirusa yoluxub, 20 nəfər sağalıb, 8 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Deputat  





Xəbər lenti