Rusiya ABŞ-a yardım göndərdi

 Rusiya ABŞ-a yardım göndərdi
  01 Aprel 2020    Oxunub:3865
Göyərtəsində tibbi avadanlıqlar olan Rusiya təyyarəsi ABŞ-a yola düşüb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

"Rusiya Hava Qüvvələrinin göyərtəsində tibbi maskalar və avadanlıqlar olan təyyarəsi Amerika Birləşmiş Ştatlarına uçub", - məlumatda deyilib.

ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, onlar təyyarənin bu gün çatmasını gözləyirlər.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, təyyarənin Rusiyadan ABŞ-a göndərilməsi iki ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı qərara alınıb. ABŞ-dakı çətin epidemioloji vəziyyət fonunda Rusiya tərəfindən yardım təklif edilib və Tramp bunu minnətdarlıqla qəbul edib.

Pərvanə Sultanova Azvision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti