Fransada daha 499 nəfər koronavirusdan öldü

  31 Mart 2020    Oxunub : 2064
 Fransada daha 499 nəfər koronavirusdan öldü
Fransada son sutka ərzində yeni növ koronavirusa yoluxmuş 499 nəfər dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə ölənlərin sayı 3523 nəfərə çatıb.

Bundan əlavə, Fransada 7578 yeni yoluxma halı qeydə alnıb. Hazırda koronavirusa yoluxanların ümumi sayı 52 min 128 nəfərdən çoxdur.

Azvision.az

Teqlər: Fransa   Koronavirus