Ukrayna XİN-dən ermənilərə böyük zərbə

  Ukrayna XİN-dən ermənilərə böyük zərbə
  01 Aprel 2020    Oxunub:3756
Ukrayna Xarici İşlər Nazirliyi martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib.
Azvision.az xəbər verir ki, bu barədə AzərTAc-a Ukrayna XİN-dən məlumat verilib.

Ukrayna XİN-in bəyanatında qeyd olunur ki, bu qondarma “seçkilər”in nəticələri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu üçün onun heç bir hüquqi əsası yoxdur.

Ukrayna Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Azvision.az



Teqlər: Ukrayna   Qarabağ   Seçki   XİN  





Xəbər lenti