Rihanna koronavirusa yoluxan idmançını ələ saldı

Rihanna koronavirusa yoluxan idmançını ələ saldı
  31 Mart 2020    Oxunub:2807
Amerikalı müğənni və aktrisa Rihanna koronavirusa yoluxan məşhur basketbolçu Kevin Ueyn Durantı ələ salıb.
Azvision.az xəbər verir ki, "İnstagram"da izləyiciləri ilə canlı bağlantı quran Rihanna yayıma qatılanlar arasında basketbolçunun da olduğunu öyrənib. O, Durantın koronavirus testinin pozitiv çıxmasını lağa qoyaraq, ona söz atıb.

"Kevin Durantın burada olmasına icazə varmı? Mən indi bu canlı yayımda maska taxmalıyam?", - Rihanna deyib.

Müğənninin bu sözləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rihanna   Koronavirus  





Xəbər lenti