XİN: “Çin ABŞ-a görə çox narahatdır”

  31 Mart 2020    Oxunub : 2554
 XİN: “Çin ABŞ-a görə çox narahatdır”
"ABŞ-da yaranmış epidemioloji vəziyyətə görə çox narahatıq və ümid edirik ki, Amerika xalqı bu çətin vəziyyətdən ən qısa müddətdə xilas olacaq".
Azvision.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hua Çunin deyib. O bildirib ki, Çin ABŞ-a hər cür kömək və dəstək verməyə hazırdır.

"Bəzi Çin əyalətləri və müəssisələri Amerika tərəfinə tibbi ləvazimatların çatdırılması baxımından humanitar yardım göstərib və hazırda proses davam edir".

XİN rəsmisi xatırladıb ki, ölkə lideri Si Cinpin həmkarı Donald Trampla telefon danışığı zamanı ABŞ-ın ən qısa müddətdə epidemiyanın yayılmasını nəzarət altına alacağını və koronavirusla mübarizədə Çin ilə bir araya gələcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, ABŞ-da virusa yoluxanların sayı 163 min 500 nəfərə çatıb, 3 mindən çox insan həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Çin