Virusa yoluxmamaq üçün pullarını qaynar suda yudu

  31 Mart 2020    Oxunub : 2063
Virusa yoluxmamaq üçün pullarını qaynar suda yudu
Türkiyədə baqqal koronavirusa yoluxmamaq üçün pullarını qaynar suda yuyub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ordu şəhərinin Altınordu vilayətində 55 yaşlı Orxan Sarı müştərilərdən aldığı pulları qaynar suda yumaqla özünü virus təhlükəsindən qorumağa çalışıb.

O, hesab edir ki, bununla da koronavirusun pulla yayılma riskinin qarşısını alıb.



Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   Baqqal