Təxribata əl atan erməni hərbçilər güllələndi

  30 Mart 2020    Oxunub : 3335
 Təxribata əl atan erməni hərbçilər güllələndi
Bu gün Azərbaycanla sərhəddə təxribata cəhd edən Ermənistan ordusunun 3 hərbçisi yaralanıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Tavuş istiqamətində baş verib.

Belə ki, təxribata çalışan erməni hərbçilərdən biri göz, digərləri əl və ayaq nahiyələrindən güllə yarası alıblar. Gözündən yaralanan hərbi qulluqçunun vəziyyəti ağırdır. Onu İrəvanda yerləşən xəstəxanaya aparıblar.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, bu gün saat 17:30-dan başlamaqla Qazax ra­yo­nunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitə­ləri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxın­lığında yerləşən Ermə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı silah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Azvision.az

Teqlər: Sərhəd   Erməni