Netanyahu yenidən COVİD-19 testindən keçəcək

  30 Mart 2020    Oxunub : 1796
 Netanyahu yenidən COVİD-19 testindən keçəcək
İsrailin Baş Naziri Benyamin Netanyahu yenidən COVİD-19 testindən keçəcək.
Azvision.az xəbər verir ki, buna səbəb Baş Nazirin müşaviri Rivka Paluchun koronavirusa yoluxmasıdır.

Bildirilir ki, Netanyahu hazırda karantindədir və sabah yenidən COVİD-19 testindən keçməyi planlaşdırır.

Qeyd edək ki, İsraildə 4347 nəfər koronavirusa yoluxub, onlardan 16-sı ölüb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: İsrail   Netanyahu