Türkiyədə koronavirusun müalicəsi tapıldı

  30 Mart 2020    Oxunub : 6251
Türkiyədə koronavirusun müalicəsi tapıldı
Türkiyədə qan köçürmə yolu ilə koronavirusa yoluxan xəstələrin müalicəsinə başlanılır.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Qırmızı Aypara Cəmiyyətinin sədri Kərəm Kınık məlumat verib.

O bildirib ki, virusdan sağalan insanlardan götürülən qanla hazırda reanimasiyada olan xəstələr müalicə edəcəklər: "Müalicəyə yaxın vaxtlarda başlayacağıq. Bunun üçün lazımı tibbi avadanlıqlarımız var. Son 2 həftə ərzində qanında virus aşkarlanmayan könüllülərdən alınan nümunələrlə bu müalicəni həyata keçirəcəyik".

Kənan Məmmədov
Azvision.az

Teqlər: Koronavirus   Müalicı   Türkiyə