İspaniyada karantin şərtləri sərtləşdirilir

  29 Mart 2020    Oxunub : 1719
İspaniyada karantin şərtləri sərtləşdirilir
İspaniyada koronavirusun kütləvi şəkildə yayılması ilə əlaqədar karantin şərtləri sərtləşdirilir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Pedro Sançes bildirib. Onun sözlərinə görə, karantin rejimini pozanlar sərt şəkildə cəzalandırılacaq.

"İspaniya ən ağır və ən kədərli günlərini yaşayır. Virus bizə amansız zərbələr vurur. Savaşın getdikcə şiddətləndiyi, təhlükənin artdığı məqamda mübarizəni gücləndirmək lazımdır", - deyə Baş Nazir vurğulayıb.

Qeyd edək ki, İspaniyada 72 mindən çox insan koronavirusa yoluxub. Ölkədə ölənlərin sayı isə 5690 nəfərdən çoxdur.

Azvision.az

Teqlər: İspaniya   Koronavirus