Hubey 2 aydan sonra uçuşları bərpa edib

  29 Mart 2020    Oxunub : 2029
Hubey 2 aydan sonra uçuşları bərpa edib
Koronavirusun episentri olmuş Çinin Hubey əyaləti 63 günlük fasilədən sonra uçuşları bərpa edib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

100-dən çox marşrut üzrə uçacaq 25 aviaşirkətin uçuşlarında çox böyük sərnişin axını qeydə alınıb. Bilet satışları bir gün əvvəl başlayıb və hamısı satılıb.

Şanxay, Quançjou, Xançjou və Çunçin şəhərlərinə uçuşlara daha böyük tələbat var.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Hubey   Çin