Koronavirus 28 mindən çox insanı öldürüb

 Koronavirus 28 mindən çox insanı öldürüb
  28 Mart 2020    Oxunub:2893
Bu günədək dünyada 614 min 413 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, virusa yoluxmuş 28 min 244 xəstə ölüb. 137 min 333 nəfər sağalıb. Yerdə qalan 448 min 836 nəfərdən 424 min 839-nun vəziyyəti qənaətbəxş hesab olunur. 23 min 997 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Bu günə kimi koronavirusa dünyanın 199 ölkəsində rast gəlib. Son 17 saata olan statistikaya əsasən, 18 min 101 yeni yoluxma faktı qeydə alınıb, 903 nəfər isə dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər:





Xəbər lenti