Koronavirusa yoluxanların sayı 600 mini keçdi

  28 Mart 2020    Oxunub : 2637
Koronavirusa yoluxanların sayı 600 mini keçdi
Bu günədək dünyada 602 min 166 nəfər yeni növ koronavirusa yoluxub.

Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, virusa yoluxmuş 27 min 468 xəstə ölüb. 133 min 527 nəfər sağalıb. Yerdə qalan 441 min 171 nəfərdən 417 min 602-nin vəziyyəti qənaətbəxş hesab olunur. 23 min 569 xəstənin durumu orta-ağır qiymətləndirilir.
Bu günə kimi koronavirusa dünyanın 199 ölkəsində rast gəlib. Son 14 saata olan statistikaya əsasən, 5854 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər isə dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Koronavirus   Covid-19